azia.az
azia.az

Ölümündən 9 gün əvvəl doğum gününü qeyd edən Firəngiz Rəhimbəyova - FOTO

17-08-2022, 11:30

Ölümündən 9 gün əvvəl doğum gününü qeyd edən Firəngiz Rəhimbəyova - FOTO
Xəbər verdiyimiz kimi, azərbaycanlı müğənni-aktrisa Firəngiz Rəhimbəyova dünən 62 yaşında dünyasını dəyişib.

Azia.az "qafqazinfo"ya istinadən xəbər verir ki, müğənni avqustun 7-də 62-ci yaşını qeyd edib. O, feysbuk səhifəsində doğum günündən fotolar paylaşaraq yazıb:

"Mənə gözəl ad günü arzuları göndərmək üçün vaxt ayıran hər kəsə səmimi təşəkkürümü bildirmək istəyirəm. Həyatımda hamınızın olduğu üçün çox xoşbəxtəm".

Qeyd edək ki, "Bəxt üzüyü" filmində Seda obrazı ilə tanınan F.Rəhimbəyova ilk həyat yoldaşından boşandıqdan sonra 1993-cü ildən qızı Raisa ilə birlikdə ABŞ-ın Los-Anceles şəhərinə köçüb. Sənətçi 1999-cu ildə orada amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub. F.Rəhimbəyova ürəktutmasından dünyasını dəyişib.

Məqaləyə dair fotomateriallar:

Ölümündən 9 gün əvvəl doğum gününü qeyd edən Firəngiz Rəhimbəyova - FOTO
Ölümündən 9 gün əvvəl doğum gününü qeyd edən Firəngiz Rəhimbəyova - FOTO
Ölümündən 9 gün əvvəl doğum gününü qeyd edən Firəngiz Rəhimbəyova - FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi