Müğənninin 38 yaşı tamam olub
Azərbaycanın ilk "Eurovision" təmsilçisi Samir Cavadzadə doğum gününü qeyd edib.
İstiPress xəbər verir ki, 38 yaşı tamam olan sənətçi ad günündə ən yaxın dostlarını ətrafına toplayıb. Tədbir paytaxtın elit məkanlarından birində keçirilib.
Səbəbkarın yanında şou biznes nümayəndələrindən Röya Ayxan və Nura Suri olub.