azia.az
azia.az

Şəhidin sevgilisinə yazdığı məktubun sözlərinə Röya mahnı oxudu - VİDEO

11-08-2022, 08:57

Şəhidin sevgilisinə yazdığı məktubun sözlərinə Röya mahnı oxudu - VİDEO
Xalq artisti Röya Ayxan şəhid Pərviz Əliyevin sevgilisinə yazdığı məktubun sözlərinə mahnı ifa edib.
Xəbər verilir ki, bu barədə müğənni studiyada oxuduğu mahnı ilə bağlı anları instaqramda paylaşıb:
“Ürəyimdən gəldi, demo paylaşmaq istədim. Notlarda səhvim ola bilər. Fikir verməyin. Çünki sözlər ürəyimə toxundu”.
“Yada düşürsən” mahnısının bəstəkarı Fərid Kərimliyə məxsusdur. Xalq artisti Nurəddin Mehdixanlı isə şəhidə itafən yazılan sözləri qiraət edib.
Qeyd edək ki, Pərviz Həsən oğlu Əliyev I Qarabağ müharibəsində iştirak edib. Onun döyüş yolu Füzuli rayonundan Aşağı Veysəlli, Dilağarda, Govşadlı kəndlərindən keçib. 5 aprel 1993-cü ildə Məngələnata yüksəkliyi uğrunda gedən döyüşdə şəhid olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi