30 ildir Avropada verilişlərdən qonorar alan Xalq artisti: "Sonuncu dəfə 700 dollar gəldi" - VİDEO
Xalq artisti Siyavuş Kərimi "MTV" kanalında yayımlanan "Üzə-düz" proqrama qatılıb.
Azia.az baku.ws-ə istinadən xəbər verir ki, veriliş zamanı xalq artisti bəstəkarlara, şairlərə haqsızlıq edildiyini bildirib. O qeyd edib ki, toydan, konsertdən, disk satışından belə sənət adamlarına qonorar veerilməlidir. Xalq artisti 30 ildir Avropa verilişlərdən qonorar aldığını da açıqlayıb:
"Yaradıcı insan öz əsərinin bəhrəsini görməlidir. Musiqiçilər gedib toydan qazanırlar, Allah bərəkət versin. Yaxşı, bəs bu şair, yazıçı, bəstəkar nə etsin? Onun əsəri hardasa istifadə olunursa, o qonorar almalıdır. Toydan, konsertdən, hətta disk satışından belə yaradıcı insanlara qonorar çatmalıdır. Müğənni mahnı üçün bəstəkar ya da şairə niyə pul ödəməlidir ki? Məsələn, bəstəkar mahnı üçün Mübariz Tağıyevi dəvət edir ki, ifa etsin, o bunun üçün niyə pul ödəməlidir?
Mahnı dövlətə satılmalıdır. Dövlətin də alıcı təşkilatı olmalıdır. Bəstə hər dəfə radio, TV də satılanda o pul qəpik-qəpik yığılmalı və yaradıcı heyətin payına çatmalıdır. Mən 30 il olar ki, Avropada verilişlərdən qonorar alıram. Sonuncu dəfə 700 dollar gəldi..."
Ətraflı vidoeda: