"Boynumdakı xaça görə, məni erməni etdiniz..." - Damla od püskürdü
Müğənni Damla "İlan" adlı klipində rahibə obrazını canlandırdığı üçün tənqid edilməsinə cavab verib.
Xəbər verilir ki, Damla İnstaqram-da video paylaşaraq şəbəkə izləyicilərinin ünvanına sərt sözlər deyib.
"Boynumdakı xaça görə, məni erməni kimi qələmə verdiniz, bununla əlaqələndirdiniz. Məni din düşməni etdiniz. Müsəlmanam və xristianlığı qəbul etməmişəm. Mənə yazırlar ki, sən niyə rahibə olmusan?! Bilmədim həmin şərhlərə gülüm, ya ağlayım!? Ya da videonun şərh bölməsini bağlayım. Açıqlama da vermək istəmirdim, çünki anlayanlar da var. Standartdan kənar iş görəndə beyinlər "error" verir. Mən günlük, sıradan, bəsit, monoton işlərlə dinləyicilərimin qarşısına çıxmaq istəmirəm. Klipin danışılması bizim xeyrimizədir. Gördüyümüz işin, əziyyətin çəkisi danışılır. Elə mahnılar var ki, bilmirik nə vaxt çıxır, nə vaxt yayımlanır. Bir şəkillə bu qədər söz-söhbətə səbəb olursa, bizim üçün sevindiricidri. "Kəlmeyi-şəhadətini bilməyən insanlar yazır ki, Allahın kitabı sizə qənim olsun, xaç taxmısız. Xaç taxmaqla mən kafir oluram, ya da bu, Allahla aramdakı bağı pozur?", - Damla qeyd edib.
Onun sözlərinə görə, bu, sadəcə olaraq obrazdır: "Sizə kim dedi ki, mən Allaha inanmıram, bu klipdən sonra xristian olacam? Qaranlıq tərəflər var idi deyə, açıqlamaq istədim. Niyə belə narahat və aqressivsiz? Niyə hər şeyi çətınləşdirirsiz, istəyirsiz ki, könül bulandırasız? Rahibələr bilirsiz ki, kilsədə həyatdan, dünyadan təcrid olunub həyatlarını Allaha həvalə edirlər. Orada da küskün qadın obrazı var. Üzümdəki çiçəklərin də mənası odur ki, insan nə qədər kədərli olsa da, gülmək məcburiyyətindədir"