azia.az
azia.az

Samirə Əfəndinin oliqarx sevgilisi GÖRÜN KİM İMİŞ - “Çox varlı insandır"

8-06-2022, 11:36

Samirə Əfəndinin oliqarx sevgilisi GÖRÜN KİM İMİŞ - “Çox varlı insandır"
"Çox varlı sevgilim var. Oliqarxdır, amma adını və kimliyini açıqlamaq istəmirəm. Rus milyarderi Roman Abromoviç səviyyəsində olan bir şəxsdir".

Azia.az xəbər verir ki, bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində Azərbaycanı 2020, 2021-ci illərdə "Avroviziya" beynəlxalq mahnı yarışmasında "Kleopatra" və "Matahari" nəğmələri ilə təmsil edən, gənc və istedadlı müğənni Samirə Əfəndi deyib.

Sənətçi şəxsi həyatı barəsində gözlənilməz açıqlamalar verib. Samirə varlı iş adamı ilə eşq yaşadığını etiraf edib.

"Özəl təyyarə gəldi, məni Milanın "Malpenza" hava limanından götürdü, Avstriyaya uçdum. Səhər getdim, axşam isə qayıtdım. Düzdür mən şəxsi həyatım barədə sevmirəm danışmağı. Çünki gözə-nəfisə gəlirəm".

Müğənni "oliqarx" kimi qələmə verdiyi sevgilisi ilə eşq yaşasa da, lakin onunla evlənmək kimi istəyinin olmadığını söyləyib.

"Evlənmək barədə danışmaq çox tezdir. Evlənmək istəmirəm. Bu barədə də düşünmürəm. Çünki evlilik üçün hər iki tərəf tam hazırlıqlı olmalıdır.

Samirə "Avroviziya" zamanı Norveç təmsilçisi həmkarı "TİX"la (Andreas Haukeland) münasibətlərindən də söz açıb. Əfəndi eşq iddialarını yalanlayaraq, onunla yalnız dost olduğunu diqqətə çatdırıb.

"Norveç tərəfindən "Avroviziya-2022" onları dəstəkləmək üçün dəvət aldım. O ərəfədə "TİX"də orda idi. Onunla uzun zaman idi görüşmürdüm. Getdim görüşdüm. Məni onunla sevgi yox, yalnız çox yaxşı dostluq əlaqələri bağlayır".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi