azia.az
azia.az

Ukrayna “Avroviziya-2022” mahnı müsabiqəsinin qalibi oldu -VİDEO

15-05-2022, 07:43


İtaliyanın Turin şəhərində 66-cı "Avroviziya 2022" beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi başlayıb.
Ukrayna “Avroviziya-2022” mahnı müsabiqəsinin qalibi oldu -VİDEO
Xəbər verilir ki, finalda ümumilikdə 25 ölkə çıxış edəcək. Azərbaycan təmsilçisi Nadir Rüstəmli "Fade to black" mahnısı ilə səhnəyə 15-ci nömrə altında çıxacaq.

***

İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı “Avroviziya-2022” mahnı müsabiqəsinin finalı başa çatıb.

“Report” xəbər verir ki, müsabiqənin finalında 25 ölkənin təmsilçiləri yarışıb.

Yarışın qalibi 631 səslə Ukrayna ("Kalush Orchestra" "Stefania" mahnısı ilə) olub. İkinci yeri Böyük Britaniya, üçüncü yeri isə İspaniya təmsilçisi tutub.

Azərbaycanı bu müsabiqədə təmsil edən Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə 106 xal toplayaraq 16-cı yerdə qərarlaşıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi