"Ayağımdan gələn iy heç sənin ən bahalı ətrindən gəlmir"
"Kişilər arıq bəyənmir. Deyirlər ətli-canlı olsun. Amma qadının arıqlığı onun gözəlliyidir. Kök qadınları təhqir etmirəm, lağa qoymuram. Amma onlara təzyiq edirəm ki, arıqlasınlar".
Azia.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva instaqramda canlı yayımda deyib. Sənətçi arıq olmasını tənqid edənlərə cavab verib.
Pərvin "Arıq adamların bədənindən iy gəlir" yazan istifadəçiyə "Ayağımdan gələn iy heç sənin ən bahalı ətrindən gəlmir. Görünüşə görə mühakimələr gətirib estetiki ortaya çıxardı. O qədər insanları qınadınız ki, estetik etdilər. İndi də başladınız estetik etdirənləri qınamağa" cavabını verib.
Dünyaca məşhur müğənni Şakira və "Braziliya"nın futbolçusu Jerar Pikenin ayrılması haqda danışan Abıyeva "Şakira bilmirdi ki, bütün günü evdə oturub uşaqlara pankek bişirəndə ona xəyanət ediləcək?" sözlərini söyləyib.
Açıq-saçıq geyimlərdən danışan aktrisa "Son vaxtlar Hollivuda baxın, nə gündə geyinirlər. Geyimdən-geyimə fərq var. Rihannanın hamilə halda geyindiklərini bəyənmirəm. Sevmirəm hamilə qadınların soyunub fotosessiya etməsini. Bu ananın müqəddəsliyini zədələyir" sözlərini söyləyib.