azia.az
azia.az

"Həyat yoldaşımın yanında mənə əxlaqsız təklif edildi” – Doğuşdan səmimi etiraf

24-05-2022, 07:05


Tanınmış aparıcı Xoşqədəm Hidayətqızının həyat yoldaşı, müğənni Doğuş Türkiyənin "2-ci Səhifə” proqramına maraqlı açıqlamalar verib.
"Həyat yoldaşımın yanında mənə əxlaqsız təklif edildi” – Doğuşdan səmimi etiraf
Azia.az Sfera.az-a istinadən bildirir ki, Doğuş ailənin əhəmiyyətindən söz açıb və nizam-intizamın önəmli olduğunu vurğulayıb: "Doğuş rahat durmaz, iki ilə boşanar” deyənlər oldu. Övladlarım dünyaya gəldi, dedilər ki, "uşaqların bir yaşı olan kimi boşanacaq”. Uşaqların altı yaşı var, yəqin ki, indi deməzlər. Türkiyədə konsert və ya layihə olsa, işimi görürəm, 1-2 gün dincəldikdən sonra Azərbaycana gedirəm”.

48 yaşlı müğənni "Sən burada olanda həyat yoldaşının ağlı səndə qalırmı? Qısqanclıq varmı?" sualına isə belə cavab verib:

"Təbii ki, qalır. Bu qarşılıqlıdır. Mənim də fikrim onda qalır. Əvvəlcə qısqanclıq var idi, amma indi aradan qalxıb. Səkkiz ili ötürmüşük. Həyat yoldaşım bir dəfə mənə gələn təkliflərdən birini eşitdi. Səhnədə olanda tamaşaçılardan biri elə bir cümlə işlətdi ki, bütün orkestr susdu. Ən pisi isə həyat yoldaşım da orda idi. Əxlaqsız təklif vəziyyəti oldu. Həyat yoldaşım mənə baxıb güldü. Toy üzüyümü göstərdim, başqa nə edim!”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi