"Həyat yoldaşım mənə "motal" deyir"
Müğənni Elnarə Xəlilova "Qısa qapanma" verilişində qonaq olub.
Azia.az Axşam.az-a istinadən xəbər verir ki, proqramın aparıcısı Elməddin Cəfərov ifaçıya suallar ünvanlayıb.
Elməddinin "Dörd uşaq anasıdır" sözlərinə verilişdə qonaq olan Mətanət Əliverdiyeva "Beşinci də olacaq" sözlərini deyib. Elnarə isə onun bu cavabına nə hə, nə də yox deyib.
İfaçı daha sonra həyat yoldaşı və övladlarının qadağasından danışıb:
"Həyat yoldaşım mənə "motal" deyir. Bəd-nəzərdən çox qorxuram. Oğlum Öndər mənə oğlanlarla duet oxumağı qadağan edib".