azia.az
azia.az

Ermənipərəst müğənninin Bakı konserti ləğv olundu

19-05-2022, 18:06

Ermənipərəst müğənninin Bakı konserti ləğv olundu
Rusiyalı müğənni Lübov Uspenskayanın oktyabrın 9-da Bakı Konqres Mərkəzində keçirilməsi gözlənilən konserti ləğv olunub.

Vesti.az-ın yazdığına görə, ermənipərəst ifaçının konsertinin ləğv olunmasına səbəb Bakı sakininin Mədəniyyət Nazirliyinə müraciəti olub. Quruma müraciət edən şəxs bildirib ki, L. Uspenskaya ermənipərəst mövqeyini açıq şəkildə ifadə edir, KİV və sosial şəbəkələrdə Azərbaycanın ünvanına təhqiramiz ifadələr işlədir. Mədəniyyət Nazirliyi də artistin paylaşımları ilə tanış olduqdan sonra onun konsertini ləğv edib.

Mədəniyyət Nazirliyindən isə “Qafqazinfo”ya bildirdilər ki, sözügedən konsert proqramının təşkilatçısı onlar deyil:

"Lübov Uspenskaya nazirliyin xətti ilə ölkəmizə gəlmir. Həmçinin konsertin keçiriləcəyi müəssisə də Mədəniyyət Nazirliyinin tabeliyində deyil”.

Konsertə bilet satışını həyata keçirən “iTicket.az” konsertin hansı səbəbdən ləğv olunduğunu açıqlamadı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi