Azərbaycanda iki dövlət qurumu ləğv olundu
Hər iki qurum Əmlak Məsələləri Dövlət Komitəsinin tabeçiliyində idi.
Əmlak Məsələləri Dövlət Komitəsinin tabeçiliyində olan iki qurum ləğv olunub.
Vergilər Nazirliyindən verilən məlumata görə, komitənin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi tabeçiliyində olan Xocalı təsərrüfat hesablı təmir-tikinti sahəsi ləğv olunduğunu elan edib. Kreditorlar iki ay ərzində tələblərini Bakı Şəhəri, Zeynal Xəlilov küçəsi 11 a ünvanına bildirə bilərlər.
Bundan başqa, həmin mərkəzin tabeçiliyində olan xüsusi ixtisaslaşdırılımış tikinti-quraşdırma idarəsi ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı Şəhəri, Zeynal Xəlilov küçəsi 11a ünvanına bildirə bilərlər.