"Moskvaya gedənlər bazarda işləyənlərdir, ziyallılar deyil ki" - Elza
"Moskvaya gedənlər bazarda işləyənlərdir, ziyallılar deyil ki" - Elza
"Bu bayağı mahnı ritmlərini eşidəndə boğuluram. İnsan necə siqaret tüstüsündən boğulur, o cür oluram. Bu musiqilər bizi uçuruma aparır. Ola vilsin qazanırlar".
"Azia.az" axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan deyib. Müğənni Rusiyaya toya və konsertə gedən sənətçiləri tənqid edib:
"Öz estrada janrımızda olan musiqilər qorunmalıdır. Hər bir xalqın musiqisinə hörmətlə yanaşıram. Pula görə Azərbaycan ritmimizi bu hala qoymayaq. Bizim ritm "çakkada-çıkkada"dır. Biz keçmişik "çakka-çukka"ya. Məni də Moskvaya dəvət ediblər, getmişəm, gedirəm də. Moskva Hollivud səhnəsi deyil. Elə deyirsiniz ki, müğənnilər Moskvaya gedib çıxış edir. Oraya gedənlər sadə adamlar, fəhlələrdir: biri bazarda işləyir, digəri ticarətlə məşğul olur. Ziyallı adamlar deyil ki... Daha çox toylara can atanlar İran ritmi ilə oxuyanlardır. Başım ağrıdır, bəsdirin. Bəstəkaram və ixtiyarım da var danışmağa".