"Azərbaycanda vahid bir "Ağlaşma televiziyası” yaradılsın"
Tanınmış prodüser Emin Əfəndi sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
Azia.az musavat.com-a istinadən xəbər verir ki, o, instaqram hesabında status yayımlayaraq yerli telekanalları tənqid edib.
"Təklif edirəm ki, Azərbaycanda vahid bir "Ağlaşma televiziyası” yaradılsın. Bütün ağlaşma layihələri o kanala köçsün. Nə vaxta kimi pozitivlikdəm uzaq verilişlərə baxmalıyıq? Telekanallardakı "ağlaşma” sindromu qeyri-peşəkarlığın və ideya kasadlığının göstəricisidir".