azia.az
azia.az

Vahid Əhmədov: “Vergi güzəştləri iqtisadiyyatı ləngidir”

14-12-2016, 15:48

Vahid Əhmədov: “Vergi güzəştləri iqtisadiyyatı ləngidir”
Millət vəkili Vahid Əhmədov bir çox sahələrə vergi güzəştlərinin tətbiq edilməsindən narazılığını ifadə edib

“Qafqazinfo” xəbər verir ki, V. Əhmədov Milli Məclisdə çıxışında bildirib ki, biz çox vergi güzəştləri tətbiq edirik:

“Bu məsələyə çox ciddi baxmalıyıq. Ciddi vergi güzəştləri edirik. Ancaq bunlar iqtisadiyyatın inkişafına yox, onun ləngiməsinə gətirib çıxarır. Biz sənaye parklarını 7 il müddətinə vergidən azad etdik. Ancaq mən bunu məqbul saymıram.

Əgər park məhsul istehsal edirsə və işləyirsə, məhsulları xaricə ixrac edirlərsə, daxildə satırlarsa, deməli, vergini verməlidirlər. Yeddi il müddəti ümumiyyətlə çox böyükdür. Bura kənd təsərrüfatı məhsulları da aiddir. Bunların əhatə dairəsi müəyyən olunmalıdır”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi