"Qoşul mənə süpürgələ..." - Elzadan yeni "şedevr"
Müğənni, şair Elza Seyidcahan yeni şeirini tədim edib.
Sadə peşə adamları,
Yorulmasın qolları.
Süpür süpürgəçi, süpür-
Yolları.
Subh tezdən oyanan,
Payızı, yazı, yayı,
Qışı qarşılayan dan ulduzları.
Süpürgəçilər,
Tükürpədicilər.
Süpur süpurgəçi, süpür.
Gündoğanda dalan-dalan,
Həyət-həyət, küçə-küçə,
Natəmizlikdən yol açar təmizliyə.
Sizin varlığınız, bizim sağlıgımız,
Ürəyi təmiz, səhəri təmiz,
Yolu təmiz süpürgələ.
Qəlbimizin çirkablığın
Icimizdən yığ silkələ
Süpürgəçı.
Qoşul mənə süpürgələ,
Sənətimizi süpürgələ,
Səhnəmizi süpürgələ,
Gəl bir yerdə ibrətimizi
Niyyətimizi,
Süpürə-süpürə heyyətimizi,
Qeybətimizi,
Yıga-yıga qeyrətimizi
Küsdürə-küsdürə pislikləri
Uzaqlara,
Ucsuz-bucaqsız çöllərə
Supurgələ süpürgəçi,
Bəlkə onlar
süpürkənlə dirçələ.
Nadanlıqlar, axmağlıqlar
Zibilliyə atılsın.
Süpürgənin uclarında
Parıltılar pırıl-pırıl
Çoxalsın.
Şəhərimiz par-par yansın
Süpür süpürgəçi, süpür-
Süpürgələ sən ağız içi,
yolu, qırağı,
Sevinsin yolun tıxacı.
Süpurgələ sən gəlb içi,
Bir şairin sözü vare,
Təb içi.
Biz yaxşı görürük zibillikləri
Hər kəsə görünməz
Bizə görünən.
Süpür bu yolları
Ay süpürgəçi,
Onsuz da, bu dünya
Süpürgəlikdir.
Onsuz da, bu dünya
Süpürgəlikdir.
Süpür süpürgəçi ,süpür.
2022, 29 Aprel.
Elza Seyidcahan "Cızmaqaraçı.