azia.az
azia.az

Elza Seyidcahandan yeni şeir: “Gəl bir yerdə...”

1-05-2022, 07:54

Elza Seyidcahandan yeni şeir: “Gəl bir yerdə...”
Fərqli tərz geyimləri və şeirləri ilə tez-tez gündəm olan bəstəkar, müğənni Elza Seyidcahan yeni şeirini təqdim edib.



Seyidcahan "Süpürgəçi" adlı şeirini təqdim edib.



"Mən də öz sənətimin həm xadimiyəm, həm xadiməsiyəm",- deyə E.Seyidcahan bildirib.



Sözügedən şeiri təqdim edirik:



"Süpürgəçi"

Sadə peşə adamları,

Yorulmasın qolları.

Süpür süpürgəçi, süpür-

Yolları.

Sübh tezdən oyanan,

Payızı, yazı, yayı,

Qışı qarşılayan dan ulduzları.

Süpürgəçilər,

Tükürpədicilər.

Süpür süpürgəçi, süpür.

Gün doğanda dalan-dalan,

Həyət-həyət, küçə-küçə,

Natəmizlikdən yol açar təmizliyə.

Sizin varlığınız, bizim sağlıgımız,

Ürəyi təmiz, səhəri təmiz,

Yolu təmiz süpürgələ.

Qəlbimizin çirkablığın

İçimizdən yığ silkələ

Süpürgəçı.

Qoşul mənə süpürgələ,

Sənətimizi süpürgələ,

Səhnəmizi süpürgələ,

Gəl bir yerdə ibrətimizi

Niyyətimizi,

Süpürə-süpürə heyyətimizi,

Qeybətimizi,

Yığa-yığa qeyrətimizi

Küsdürə-küsdürə pislikləri

Uzaqlara,

Ucsuz-bucaqsız çöllərə

Süpürgələ süpürgəçi,

Bəlkə onlar süpürkənlə dirçələ.



Nadanlıqlar,axmağlıqlar



Zibilliyə atılsın.

Süpürgənin uclarında

Parıltılar pırıl-pırıl

Çoxalsın.

Şəhərimiz par-par yansın

Süpür süpürgəçi ,süpür-

Süpürgələ sən ağız içi,

yolu ,qırağı,

Sevinsin yolun tıxacı.

Süpurgələ sən gəlb içi,

Bir şairin sözü vare,

Təb içi.

Biz yaxşı görürük zibillikləri

Hər kəsə görünməz

Bizə görünən.

Süpür bu yolları

Ay süpürgəçi,

Onsuz da, bu dünya

Süpürgəlikdir.

Onsuz da, bu dünya

Süpürgəlikdir.

Süpür süpürgəçi,

süpür.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi