Milyonçunun gözü indi də bu aktrisaya düşdü - FOTO
Sosial media fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi sosial media hesabında yazdığı şərhlə gündəm olub.
Xəbər verilir ki, Mohammed aktrisa Serenay Sarıkayanının uzun müddət əvvəl paylaşdığı fotolardan birinin şərh bölümünə "Möhtəşəm parça" sözünü yazıb və ürək emojisini qoyub.
Onun bu hərəkəti izləyicilər tərəfindən müzakirələrə səbəb olub. Mohammedin ünvanına "Serenay öz ayaqları üstə durur, yanlış qapıdasan", Serenay sənə baxmaz", "Mohammedi "Tinder fırıldaqçısı"na oxşadan təkcə mənəm?" kimi şərhlər gəlib.
Xatırladaq ki, bir müddət əvvəl "Sizdən deyil, sizin üçün daha çoxunu istəyən birini tapın. O vaxta qədər hamıdan əvvəl mən varam" sözləri yer alan paylaşımı ilə diqqət çəkmişdi.
Qeyd edək ki, Şeyma ilə Mohammed ayrılıb./Axşam.az/