azia.az
azia.az

Şəbnəm həyat yoldaşından danışdı: "Mən arıqlayanda, "Həci" ilə aramızda dava düşür" - VİDEO

18-04-2022, 07:59

Şəbnəm həyat yoldaşından danışdı: "Mən arıqlayanda, "Həci" ilə aramızda dava düşür" - VİDEO
AMİA.AZ xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu "Xəbər-Ətər" səhər şousuna müsahibəsində deyib.
Sənətçi həyat yoldaşının əvvələr olduğu kimi indi hədiyyə almadığından gileylənib:
"Həyat yoldaşım "Həci" əvvəllər adi günlərdə belə mənə idman geyimi alırdı. O, naharda evə gəlib "Aşkım sənə idman ayaqqabısı almışam.
Bax gör, xoşuna gəlir?" və ya "Sənə gör necə gözəl eynək almışam" deyirdi. Amma indi heç bir hədiyyə yoxdur. Nə bilim, niyə yoxdur?
Hədiyyə barədə söz düşəndə deyir ki, "bu boyda sənə oğul hədiyyəsi vermişəm".
"Mən arıqlayanda, aramızda dava düşür" deyən Tovuzlu fikirlərini belə davam edib.
"Qadına da xoş gəlmir, kişi ona "xoşuma gəlmir" kəlməsini deyəndə. Məcbur yeyirəm. Həyat yoldaşım özünə fikir verən adamdır. O,
idmançıdır. Boyu-buxunu yerində olan bir kişidir. Ailəmizdəki qadınlar əksəriyyəti alma yanaqdır, ətlidirlər. Mənə isə arıq olmaq heç
yaraşmır".
Müxbirin Şəbnəmin oğlu Əliyə ünvanladığı "Böyüyəndə kim olmaq istəyirsən? sualına "Həci olmaq istəyirəm" deyə cavab verib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi