Canana Mətanəti məhkəmədə udub - “Uşaqlar məndə qalmalıdır, amma hələ...”
"Övladlarımı vermirlər. Martın 25-i məhkəmə olacaqdı, yenə uzadıldı. Müddəti uzatmağın səbəbini söyləmirlər". Azia.az xəbər verir ki, bu sözləri "Sherg.az"a açıqlamasında Mətanət İsgəndərlinin keçmiş gəlini Canana deyib.
Canana uşaqlarının öz xoşlarıyla geri dönməsini istəyir:
"Barışığa gəldim ki, bəlkə, nənələri insaflı davranar. Uşağa hər şey alıb qarşısına qoyurlar. Kompüterin var, evin rahatdır, anan verə bilməyəcək deyirlər. Övladımı məcbur götürmək istəmirəm, onların psixologiyasını düşünürəm".
O, övladlarıyla mütəmadi görüşə bilmədiyini vurğulayıb:
"Görüntülü danışırıq. Appelyasiya məhkəməsini udmuşam. Üç uşaq mənim qeydiyyatımdadır. Ancaq hələ qanunu təsdiqləməyiblər".
Qeyd edək ki, Canana M.İsgəndərlinin oğlu Kərimdən ötən il boşanıb. Cütlüyün üç uşağı atada qalıb. Daha sonra Canana apellyasiya məhkəməsinə müraciət edib. Hakimin qərarı ilə övladları ananın qəyyumluğuna verilib.