Bu dəfə Mətanətin oğlu ŞİKAYƏT ETDİ: - "Ədalətsizlikdir..."
Əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərim qərarla övladlarını keçmiş həyat yoldaşına verilməsinə etiraz olaraq apelyasiyaya şikayət edib.
Azia.az lent.az-a istinadla xəbər verir ki, bu barədə Əməkdar artistin keçmiş gəlini Canana bildirib:
"Vəkilim mənə dedi ki, ötən həftədən Ali Məhkəməyə veriblər. Axır ki, Ali Məhkəməyə verdilər. Balalarımı geri vermirlər. 2-3 ay da belə ayrı qalacam. Ədalətsizlikdir...
Balanı anadan ayıran böyük günah edir. Səbrlə gözləyirəm, bunun bir sonu yəqin olacaq. Heç kim məni başa düşmür, sakit, mehribanlıqla balalarımı istəyirəm"
Qeyd edək ki, Kərim və Canana ötən ilin oktyabrında rəsmi boşanıb. Sonuncu məhkəmə qərarına əsasən 3 uşaq anaya verilib.