azia.az
azia.az

Azərbaycan ŞOK "Giveaway" FIRILDAĞI - Elmira Namazovanın adından istifadə edib...

30-03-2022, 11:01

Azərbaycan ŞOK "Giveaway" FIRILDAĞI - Elmira Namazovanın adından istifadə edib...
Məşhur blogerin adından istifadə edib saxtakarlıqla məşğul olan şəxslər ortaya çıxıb. Bu barədə Musavat.com-a şikayət daxil olub.

Şikayətçi bildirib ki, bloger Elmira Namazovanın səhifəsində təşkil olunan "giveaway"-dən sui istifadə olunub.

Belə ki, yarışmanı təşkil edən "apple_kolleksiyali_yarishma" səhifəsinin eynisi yaradılıb. Bununla da eyniadlı səhifə adından izləyicilərə yalandan qalib olduqları barədə mesaj göndərilib və onlardan 42 manat pul tələb olunub.

Yayımladığımız fotolardan da aydın olur ki, orijinal olan 17 min izləyiciyə sahib "apple_kolleksiyali_yarishma" səhifəsidir. Digər saxta hesabın isə cəmi min nəfər izləyicisi var.

Azərbaycan ŞOK "Giveaway" FIRILDAĞI - Elmira Namazovanın adından istifadə edib...
Yaradılan saxta hesab adından yarışmada iştirak edən bir izləyicilərə "Sizi təbrik edirik. Bizdən "İPHONE" markalı telefon qazanmısınız" mesajı gəlir. Bundan sonra telefonu necə əldə etmək şərtləri açıqlanır. Həmin saxta hesab tərəfindən aldadılan şəxsdən ad, soyad, əlaqə nömrəsi, yaşadığı yer və oraya yaxın yerləşən poçt ünvanı soruşulur.

Azərbaycan ŞOK "Giveaway" FIRILDAĞI - Elmira Namazovanın adından istifadə edib...
Daha sonra bu telefonların hər birinin xaricdən gəldiyi və bunun üçün dövlət rüsumunun ödənməsi lazım olduğu deyilir. Həmin "rüsum"un kart vasitəsilə və ya ödəmə terminallarından (milliön və ya emanat) göndərilməsi tələb olunur.

Aldatmağa çalışdıqları şəxslərin şübhələnməmələri üçün vəd etdikləri telefonların Kemale ve Fatime adlı menecerlər tərəfindən çatdırılacağı qeyd olunur.

Azərbaycan ŞOK "Giveaway" FIRILDAĞI - Elmira Namazovanın adından istifadə edib...

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi