azia.az
azia.az

Xəzər TV-də nə baş verir? - "Murad Dadaşovun qara yumoru..."

31-01-2022, 14:35

Xəzər TV-də nə baş verir? - "Murad Dadaşovun qara yumoru..."
"Təsadüfən "Xəzər" telekanalında "Cinayət və cəza" verilişinə gözüm sataşdı. Aparıcı istintaq hərəkətlərini şərh edərkən istintaq altında olan şəxsi dönə-dönə "cinayətkar" adlandırırdı".

Azia.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist, "Bizim yol" qəzetinin baş redaktoru Bahəddin Həzi facebook sosial şəbəkəsindəki profilində yazıb. Xəzər-TV-ni sərt tənqid edən jurnalist, daha sonra bunları qeyd edib:

"Fikirləşdim, ya "Xəzər TV"-nin öz Cinayət Məcəlləsi var (ki, orada təqsirsizlik prezumpsiyası nəzərdə tutulmayıb), ya da bu, Murad Dadaşovun qara yumorudur. Bir tərəfdən də fikirləşirəm ki, üzünü xalqa tutub: "Neft xalqın deyil, dövlətindir, sən neft üçün nə etmisən?!" deyən bir klounun gözündə biz hamımız apriori cinayətkarıq yəqin.
Sizin başqa bir ehtimalınız var?!
P.S. Bu arada həmin aparıcı qətldən və istintaq altında olan şəxsdən danışanda belə bir cümlə də işlətdi: "İnsan bəzən səhv edir..."
Səhv?! Ortada bir cəsəd var və istintaq altında olan şəxs adamı necə öldürdüyünü danışır əməliyyat çəkilişində. Və "Cinayət və cəza" verilişi qəsdən adam öldürməni səhv adlandırır (!)
P.P.S. Bu tipli verilişləri hüquqdan, heç olmasa, elementar anlayışı olan adamlar hazırlamalı və aparmalıdır. Peşəkar hüquqçuları qonorarla məsləhətçi kimi dəvət etmək də olar bu işə..."


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi