azia.az
azia.az

"Şuşa" qalmaqalı böyüyür: "Aktyora "təlxək" demək..." - Əməkdar artistdən sərt reaksiya + Video

28-01-2022, 17:12

"Şuşa" qalmaqalı böyüyür: "Aktyora "təlxək" demək..." - Əməkdar artistdən sərt reaksiya + Video
Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında ("KiViN-2022") Azərbaycanı təmsil edən "Şuşa" komandasının adınının "Buta" ilə əvəzlənməsi ilə bağlı müzakirələr davam edir.

Komandanın rəhbəri, ssenarist və prodüser Müşviq Abbasov açıqlama verərək komandanın adının qaytarıldığını desə də, tənqidlər bitmək bilmir. Sosial şəbəkə istifadəçiləri KVN komandamızı tənqid edərək belə bir addımın yolverilməz olduğunu qeyd ediblər.

Bəzi vətəndaşlar isə sosial şəbəkələrdə insanları "Bu şəhərdə" komandasını boykot etməyə, bunda sonra onların konsertlərinə getməməyə çağırır. Onların aktyorluğunu tənqid edir, hətta ünvanlarına təhqirlər yağdırırlar.

Sonxeber.az xəbər verir ki, bu barəda Yenisabah.az-a əməkdar artist Çingiz Əhmədov peşəsinə görə kiminsə təhqir edilməsinin yolverilməz olduğunu deyib:

"KVN" və "Bu Şəhərdə" komandası ilə bağlı danışa bilmərəm, mən teatrla bağlı danışa bilərəm. Ona görə mənim üçün maraqlı deyil. Ümumi olaraq aktyorlar haqqında "təlxək", "mütrüf" kimi ifadələr səsləndirmək düzgün deyil. Bir bir qan, bir canıq, həmvətənliyik. Hamımız azərbaycanlıyıq, bir-birimizin ünvanına təhqiramiz ifadələr səsləndirmək düzgün deyil, mən bunu heç bir kəsə yaraşdırmıram. Kimisə peşəsinə görə təhqir etmək, artıq-əskik danışmaq olmaz. Hərənin öz adı, öz mənliyi var. Biz aktyorlar çalışırıq ki, insanlara gülüş bəxş edək. Təbii ki, söhbət bayağı gülüşdən getmir. Söhbət maraqlı, yerində edilmiş zarafatlardan gedir. "Şilləni tutuzdurmaq" məsələsi var, bu baxımdan biz məktəbik, mən bunu o illərdə Əliağa əmidən də görmüşəm. Biz bilirik insanları elə boş-boşuna güldürmək olmaz. Onları sənətlə, yazı ilə, fikir, düşüncə ilə güldürmək lazımdır".

Hazırda efirə gedən komediya seriallarından danışan aktyor onların səviyyəsindən razı olduğunu qeyd edib:

"Bizim hazırda "Nikolayın Evi" adlı serialımız gedir. Bu serialdakı gülüş, yumor məni qane edir. Bu serial çox maraqlıdır, ssenarisi də yaxşıdır. Serialın ssenarisini Ənvər Abbasov, Samid Ağayev, Həsrət Həsrətov yazır. Onlar ssenarini indiki dövr üçün yazır. Çox insan bu gün satira ilə yumoru səhv salır. Satira ayrı, yumor tamam ayrı şeydir. Satirada ancaq tənqidi şeylər göstərilir, o vaxt "Kirpi", "Mozalan"ın etdiyi məhz bu idi. Yumor tamam başqa şeydir. Hazırda yazılan ssenarilər bugünkü günə aiddir, çoxu da maraqlıdır. Hazırda işlədiyim komanda əladır, uşaqlardan razıyam. Hər şey yerli yerindədir".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi