azia.az
azia.az

Vüsalə Əlizadənin proqramı yarımçıq dayandırıldı - VİDEO

19-01-2022, 10:39

Vüsalə Əlizadənin proqramı yarımçıq dayandırıldı - VİDEO
Aparıcı Vüsalə Əlizadənin "7 canlı" proqramının yayımı yarımçıq dayandırılıb.

BAKU.WS xəbər verir ki, Təranə Qumral və onun həyat yoldaşı Musa Musayev verilişin qonağı olublar. Sənətçilər proqrama övladları Sevgi və Qumralla qatılıblar.

Veriliş başladıqdan qısa müddət sonra Qumral mahnı ifa edib. Bu zaman proqramın yayımı yarımçıq dayandırılıb. Bundan sonra "Ağdam və mən" adlı layihə təqdim edilib.

Verilişdə qonaq olan Təranə Qumral Lent.az-a açıqlama verib: "Bu, sadəcə, texniki səbəbdən oldu. Söylədilər ki, verilişin peykə canlı siqnalı getmir. Ona görə də dünən veriliş axıra qədər çəkildi, sonra efirə təqdim ediləcək. Proqramın hansı gün efirə veriləcəyini özüm sosial şəbəkədəki səhifəmdə paylaşıb bildirəcəm. Verilişin anonsu artıq hazırlanır".



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi