azia.az
azia.az

"Trabzonspor" - "Fənərbağça" matçı yarımçıq dayandırılıb

25-04-2016, 10:59

"Trabzonspor" - "Fənərbağça" matçı yarımçıq dayandırılıb Türkiyə Superliqasının 30-cu turu çərçivəsində keçirilən "Trabzonspor" - "Fənərbağça" oyunu yarımçıq dayandırılıb.
Matçın dayandırılmasına, meydan sahiblərinin azarkeşlərinin hərəkətləri səbəb olub.
"Avni Aker" stadionunda keçirilən oyunda komandalarının biabırçı hesabla geridə (0:4) olmasını həzm edə bilməyən trabzonlu azarkeşlər tribunalardakı oturacaqları və başqa yad cisimləri meydana atmağa başlayıblar. Bu vaxt oyun qısa müddətə dayandırılsa da, sonradan davam etdirilib.
Ancaq bir neçə dəqiqə sonra yerli azarkeşlərdən biri meydançaya çıxaraq, yan xətt hakiminə zərbə endirib. Fanat yerə yıxılmış hakimi təpikləməyə başlayıb.
Meydançaya başqa azarkeşlərin də daxil olduğunu görən oyunun baş hakimi Bülənt Yıldırım oyunu yarımçıq dayandırıb və hər iki komanda paltardəyişmə otağına yollanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi