Tolik özündən çıxdı: O simasızı görməmək üçün toya getmədim
Prodüser-aparıcı Tarix Əliyev müğənni Nadir Qafarzadənin oğlunun toyuna dəvətli olsa da, getmədiyini açıqlayıb.
Azia.az Axşam.az-a istinadən xəbər verir ki, prodüser bu haqda "Tarixin bir günü" proqramında danışıb. O bildirib ki, məclisə çağırılan bəzi xanım ifaçılara görə məclisə qatılmayıb:
"Süni insanları görmək istəmirəm. Çox sevdiyim, xanımına hörmət bəslədiyim Nadir Qafarzadənin oğlunun toyu oldu. Orada həm qonaq kimi olmalı idim, həm də bəzi təşkilati işləri görməliydim. Amma orada simasız, xanım adına layiq olmayan insanları görməmək üçün getmədim. Hətta ən yaxın dostumu da buna görə sildim. Ya dostumun dostu, düşmanımın düşmanı olacaqsız, ya da yanımda olmayacaqsınız".