Xalq artistinin oğlunda şiş aşkarlandı
Mərhum Xalq artisti Eldəniz Zeynalovun oğlu Məmməd Zeynalovun səhhəti ağırlaşıb.
Demokrat.az xəbər verir ki, "Elgizlə izlə” verilişinin komandası Məmmədin evinə baş çəkib. Onun həyat yoldaşı analizlərdən sonra beynində də şiş aşkarlandığını deyib.
Həkimlər Məmmədin vəziyyətinin həddən artıq ağır olduğunu bildiriblər. Xəstəliyi irəlilədiyindən o, danışa bilmir. Xalq artistinin oğlu ağ ciyər xərçəngindən əziyyət çəkir.