azia.az
azia.az

Xalq artistinin küçədə yaşayan oğlu ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

16-09-2021, 13:11

Xalq artistinin küçədə yaşayan oğlu ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
Sosial Xidmətlər Agentliyi sosial şəbəkələrdə və xəbər saytlarında mərhum aktyor, xalq artisti Səyavuş Aslanın oğlu Çingiz Aslanovla bağlı məlumat yayılan məlumatlara münasibət bildirib.

BAKU.WS xəbər verir ki, agentliyin mətbuat xidmətinin rəhbəri Murad Həşimov feysbuk hesabında qeyd edib ki, sosial şəbəkələrdə və xəbər saytlarında Çingiz Aslanovun küçədə qalması, çətin həyat şəraiti ilə üzləşdiyi bildirilir.

"Məlumat vermək istəyirəm ki, Çingiz Aslanov daha əvvəl Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsində olub. Orada yaşayış üçün zəruri xidmətlərlə əhatələnib. Lakin şəxsi seçimləri səbəbindən öz istəyi ilə sığınacağı tərk edib.

Onun küçədə gecələməməsi, sığınacağa yenidən cəlbi üçün əməkdaşlarımıza təlimat verilib. İndi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları əraziyə göndəriliblər.

Çingiz Aslanovun özünün də razılığı olarsa yenidən müəssisəyə cəlbini həyata keçirməyə hazırıq", - agentlik rəsmisi vurğulayıb.

***12:03

Mərhum Xalq artisti Səyavuş Aslanla Ofeliya Aslanın oğlu Çingiz Aslanın sosial şəbəkələrdə fotosu yayılıb.

Azia.az xəbər verir ki, bir neçə dəfə sosial verilişlərdə qonaq olan Çingizə yardımlar edilsə də, hazırda o pis vəziyyətdədir.

Artıq psixoloji problemləri yaranan Çingiz gah gülür, gah ağlayır, küçənin ortasında rəqs edir, ətrafdakı insanlardan pul istəyir.

Bir sözlə Çingizin hazırdakı vəziyyəti olduqca acınacaqldır. Bunu sosial şəbəkələrdə yayılan foto da sübut edir.

Qeyd edək ki, bir müddət əvvəl mərhum Xalq artisti Siyavuş Aslanın oğlu “Elgizlə izlə” proqramına gəlib. İçkiyə qurşanan Çingiz qardaşı ilə evi satdığını və küçədə qaldığını bildirib.


Xalq artistinin küçədə yaşayan oğlu ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi