"Yaprak dökümü"nün bacıları küsülüdür - FOTO
2006-2010-cu illərdə Türkiyədə yayımlanan və reytinqləri alt-üst edən "Yaprak dökümü" serialının aktyorları haqqında yeni xəbərlər yayılıb.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işinin iki sevilən siması Fahriye Evcen və Gökçe Bahadırın küsülü olduğu bildirilib.
Həyata baxış tərzləri, xarakterləri, məqsədləri tamamilə fərqli olan Bahadır və Evcen aralarında olan salam-kalamı da kəsiblər. İki məşhur arasında səbəbi heç kimə bəlli olmayan soyuq münasibətlər mövcuddur.
Qeyd edək ki, Gökçe Bahadır 40, Fahriye Evcen isə 35 yaşındadır. Onlar "Yaprak dökümü" serialında Leyla ilə Nejla adlı iki bacı obrazını canlandırıblar.