Bu il itirdiyimiz məşhurlar - SİYAHI
![]()
Geridə qoyduğumuz 2021-ci il xoş hadisələrlə yanaşı, həm də itkilərlə yadda qalıb.
Ölkə.Az 2021-ci ildə vəfat edən məşhurların siyahısını təqdim edir:
Bu il ilk olaraq Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədlini itirdik. N.Mirməmmədli 59 yaşında qəfil ürək tutmasından vəfat edib.![]()
Növbəti itki isə Xalq artisti, bənzərsiz ifaçı Yalçın Rzazadə oldu. 75 yaşlı müğənni uzun sürən xəstəlikdən sonra fevralın 22-də vəfat edib.![]()
Azərbaycanda tanınmış aktyor və aparıcı Ramiz Hüseynzadə isə bu ilin 18 martında 42 yaşında beyninə qan sızmasından (insult) dünyasını dəyişib. ![]()
“Rəmiş” adı ilə tanınan məşhur gitara ifaçısı, Xalq artisti Rafiq Hüseynov aprel ayında 76 yaşında qaraciyər çatışmazlığından vəfat edib.![]()
Bu ilin ən çox danışılan itkilərindən biri də Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov oldu. Ağciyər xərçəngindən və qaraciyər serozundan əziyyət çəkən 57 yaşlı nazir 30 apreldə ABŞ-da müalicə aldığı xəstəxanada vəfat edib.![]()
Azərbaycanın Xalq artisti, kinorejissor Ramiz Əzizbəyli bu ilin iyun ayında koronavirusa yoluxduqdan sonra ifarkt keçirmişdi. 73 yaşlı sənətkar 9 iyunda dünyadan köçüb.![]()
Xalq artisti Səməd Səmədov, Əməkdar artisti Yaqub Zurufçu, müğənni Səyyad Əlizadə,jurnalist Elnur Əşrəfoğlu, Xalq artisti Arif Quliyev, Əməkdar artisti Baloğlan Əşrəfov isə bu il koronavirusa məğlub olanlar sırasındadır.
Həmçinin 2021-ci ildə Azərbaycanın Xalq artisti, xanəndə Canəli Əkbərov 81 yaşında dünyasını dəyişib.
54 yaşlı müğənni Aslan Hüseynov mayın 4-də Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi zamanı həlak olub.
Uzun illərdir parkinson xəstəliyindən əziyyət çəkən xalq şairi Musa Yaqub 7 mayda 84 yaşında vəfat edib.
Xalq artistləri Vaqif Şərifov, Teymur Mirzəyev, Əməkdar artistlər Məcnun Hacıbəyov, Çiçək Rzayeva, Emil Həsənov da bu il vəfat edənlər sırasındadır.![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()