Xalq artisti: "Tamaşaçı mənə baxsa, çevirib türk serialına baxmayacaq"- VİDEO
Xalq artisti Məleykə Əsədova yerli film və seriallara çəkilməməsindən danışıb.
Azia.az xəbər verir ki, "Üzbəüz" proqramına qonaq olan sənətçi ona yaxşı rol təklifi olduğu halda serialda çəkilə biləcəyini deyib:
"Təkliflər olub, olur da... Mən illərdir səhnədə böyük obrazlar yaratmışam və yaradacam da... Canlandıracağım obrazı əvvəl mən sevməliyəm. Efirə çıxmaq xatirinə sevmədiyim rolu ifa edə bilmərəm.
32 ildir mənim tamaşalarımda izdiham olur. Film və serial ümumi işin məhsuludur. Burada istər aktyorlar, istərsə də texniki heyət peşəkar səviyyədə olmalıdr. Ürəyimcə olan təklif gəlsə, mən onu dəyərləndirə bilərəm. Mən inanıram, tamaşaçı efirdə mənə baxan zaman heç vaxt çevirib türk kanalına baxmaz".