Evini 3 milyona satışa çıxaran Xalq artisti Mayamidə - FOTO
Xalq artisti Məleykə Əsədova ABŞ-ın Florida ştatında yerləşən Mayami şəhərində istirahət edir.
Azia.az xəbər verir ki, bu barədə o, "İnstagram" hesabında paylaşım edib.
Sənətçi Birləşmiş Ştatlara qızı ilə birgə yollanıb.
Qeyd edək ki, Mələykə Əsədova bir müddət əvvəl mətbuata evini satışa çıxardığını açıqlamışdı. Aktrisa bunun üçün yaşadığı ərazidə yerləşən vasitəçiyə də müraciət etmişdi. “Makler” həmin evin videosunu çəkərək, onu sosial şəbəkədə paylaşmışdı. Evi satan vasitəçi Miri adlı şəxs satış qiymətinin 3 milyon manat olduğunu demişdi.