Nazim Pişyari: "Rafael Dadaşov dünyasını dəyişənə qədər o xanımı sevdi" - VİDEO
"Faytonçu" ləqəbli müğənni Nazim Pişyari mərhum Xalq artisti Rafael Dadaşovla bağlı bəzi həqiqətləri açıqlayıb.
BAKU.WS xəbər verir ki, "Söhbət musiqidən gedir" verilişinə qonaq olan sənətçi ifa etdiyi mahnıların çoxunun aktyor Rafael Dadaşova məxsus olduğunu deyib. İfaçı həmin mahnıların sözlərini onun ayrıldığı həyat yoldaşı Sədaqət Dadaşovaya həsr etdiyini bildirib:
"Bir dəfə ona sual verdim ki, niyə bu qədər iztirablı məhəbbətdən yazırsınız? Yəqin ki, ünvansız deyil. Kimə ünvanlanır bu mahnılar? Dedi ki, Sədaqət xanıma..."
Dünyasını dəyişənə qədər o xanımı sevdi. Çox yumşaq adam idi. Son illər kilo almışdı, amma bu, onun xarizmasını korlamırdı. "Yuxu" mahnısını nə qədər cırıb atdı, "Yazmıram, bəsdirin!" deyirdi. Yarım saat sonra zəng edirdi ki, qulaq as..."
Xatırladaq ki, R.Dadaşovla Sədaqət xanım ailəli olublar. Onların bu evlilikdən 3 övladı var.