Xalq artistinin keçmiş arvadından qalmaqallı açıqlama
S.Dadaşova efirdə nikahdankənar münasibət yaşadığını etiraf edib.
Xalq artisti Brilliant Dadaşovanın bacısı, aktyor, xalq artisti Rəfael Dadaşovun keçmiş həyat yoldaşı Sədaqət Dadaşova Türkiyədə "Zuhal Topalla İzdivac" proqramında qalmaqallı açıqlama edib.
Aparıcı 64 yaşlı Sədaqət Dadaşovadan keçmişdə yarımçıq eşq hekayəsi olub-olmadığını soruşub.
Aktyorun keçmiş həyat yoldaşı evlilik proqramında 27 il əvvəl eşq məcarası yaşadığını deyib. S. Dadaşova bu münasibətin 7 il davam etdiyini açıqlayıb. Onun sözlərinə görə, Asif adlı kişidən 20 yaşlı bir oğlu da var.
Qadın özünü Əsgər kimi təqdim edən şəxsin efirə zəngindən sonra bu barədə açıqlama verib.
"27 il əvvəl tanış olmuşduq. Münasibətimiz 7 il davam etdi. 7 ildən sonra ondan bir övladım oldu. O, mənimlə evlənməyə söz versə də evlənmədi, mən də ayrıldım. Mənim dörd övladım var, onun üçü öz əmioğlum ilə (Rəfael Dadaşov) evliliyimdən olub, bir oğlum isə Asifdəndir. Nahaq bura zəng edib. Bizim aramızda hər şey bitib".
Z.Topal bildirib ki, bu kişi Sədaqət xanımı efirdə gördükdən sonra hətta xəstəxanaya düşüb.
S.Dadaşova bir müddət əvvəl Türkiyədə evlilik proqramına çıxıb. O, verilişə həyat yoldaşı axtaran Oqtay adlı kişi üçün müraciət edib. Bu zaman Oqtay bəy və Sədaqət xanım arasında maraqlı dialoq baş tutub. S.Dadaşovanın "Oqtay bəyin evində isti su varsa, köçüb İstanbulda yaşaya bilərəm. Şəraiti yaxşıdırsa, gəlib qalaram" açıqlaması uzun müddət gündəmi zəbt edib.