Brilyant Dadaşovadan Vətən müharibəsi iştirakçısına hörmətsizlik (VİDEO)
Xalq artısti Brilyant Dadaşova İkinci Qarabağ müharibəsi iştirakçısına hörmətsizlik edib.
Qaynarinfo xəbər verir ki, İkinci Qarabağ müharibəsi iştirakçısı Nicat Tağıyev "Səs Azərbaycan” yarışmasına qatılıb. O, "Xarı bülbül” mahnısını ifa edib.
Xalq artisti Tünzalə Ağayeva "nə gözəl mahnı seçmisən, hardan belə bu "Xarı bülbül” eşqi” deyəndə 24 yaşlı ifaçı özünü Qarabağ müharibəsinin iştirakçısı oldğunu elan edib. Bu zaman zalı alqış səsləri bürüyüb və hər kəs ayağa qalxıb. Bundan sonra aparıcı "hər kəs, elə biz də Nicat Tağıyevi ayaq üstə alqışlayırıq”, - deyə bildirib.
Jürilər də daxil olmaqla hamı 24 yaşlı Qarabağ iştirakçısını ayaq üstdə alqışlasa da, münsiflərdən Brilyant Dadaşova özünə əziyyət verib ayağa belə qalxmayıb. Bundan ürəyi soyumayan Xalq artısti ifaçıya mahnının sözlərində də dəyişiklik etdiyini vurğulayıb.
Onun İkinci Qarabağ müharibəsi iştirakçısına hörmətsizliyi cəmiyyətdə böyük qınağa səbəb olub.