Məşhur müğənni barədə şok iddia: Aliment ödəməmək üçün mal-dövlətini anasının adına keçirib
Türkiyəli müğənni Mustafa Sandalın keçmiş həyat yoldaşı Emina Yahoviç ifaçı haqqında inanılmaz iddialar irəli sürüb.
Azia.az bildirir ki, 2 ay əvvəl Yahoviçi alimentin ləğv edilməsi üçün məhkməyə verən Sandalın maddi durumunun əslində dediyi kimi olmadığı bildirilib. Bu barədə Emina vəkili vasitəsilə məhkəməyə təqdim etdiyi ərazidə qeyd edib.
“Mustafa Sandal özünü heç bir gəliri olmayan, qarnını belə çətin doyuzduran, alimentə görə borc içində üzən biri kimi təsvir edib. Halbuki bütün bunların reallıqla yaxından-uzaqdan əlaqəsi yoxdur. O, cavabdeh olduğu alimenti ödəməyib, boşanma qərarında qeyd edilən heç bir hökmə əməl etməyib. Bu davanı açaraq atalıqdan da boşandığını zənn edir”, – deyə ərazidə əks olunub.
Eminanın sözlərinə görə, Sandal bütün sərvətini anasının adına keçirib:
“Evli olduğu dönəmdə nəyi varsa, anası və dostlarının adına keçirib. Mustafa Sandalın türk standartlarının üstündə bir sərvətə malik olduğu gün kimi aydındır”.
Qeyd edək ki, 2008-ci ildə evlənən cütlük 2018-ci ildə yollarını ayırıb. Boşanma protokoluna görə, Mustafa Sandal həyat yoldaşına ayda 15 min, övladlarına isə 10 min türk lirəsi məbləğində aliment ödəməyi qəbul edib .Sfera.az