azia.az
azia.az

Həyat yoldaşı Ceyhun Osmanlını məhkəməyə verdi – Boşanma

14-03-2020, 18:47

Həyat yoldaşı Ceyhun Osmanlını məhkəməyə verdi – Boşanma
Keçmiş deputat Ceyhun Osmanlının həyat yoldaşı boşanma ərizəsi ilə bağlı məhkəməyə müraciət edib. Yenisabah.az-ın məlumatına görə, martın 30-da Yasamal Rayon Məhkəməsində hakim Günay Axundovanın sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçiriləcək. Qeyd edək ki, iddiaçı Osmanlı Aysel Aydın qızı, cavabdeh isə Osmanlı Ceyhun Yunis oğludur. 38 yaşlı Ceyhun Osmanlı 1989–cu ildən Bakıdakı 48 saylı orta məktəbdə təhsil alıb, 1993-cü ildən Bakı Özəl Türk liseyində təhsilini davam etdirib. 1999–cu ildə Bakı Dövlət Universitetinə daxil olub. 2003–də politologiya ixtisası üzrə bakalavr pilləsini, 2005–ci ildə həmin ixtisas üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. Akademik təhsilə davam edərək Azərbaycan Dövlət İqtisad Universitetinin aspiranturasına qəbul olmuş və hal-hazırda elmi işini müvəffəqiyyətlə tamamlayıb. 2007–ci ildə Varşava Universiteti və Polşa Təhlükəsizlik Akademiyası tərəfindən təşkil edilən “SENSE” Proqramının, 2008–ci ildə Harvard Universitetinin “Liderlər İnkişafda Proqramı”nın iştirakçısıdır. Hərbi xidmətdə olmayıb. 3 övladı var.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi