azia.az
azia.az

Çingiz Qənizadə Ağdaşa başçı getmək istəyir, amma... - rayon camaatı ETİRAZ EDİR

13-12-2019, 00:03


Sabiq deputat Çingiz Qənizadə doğma rayonu olan Ağdaşa icra başçısı getmək istəyir.
Çingiz Qənizadə Ağdaşa başçı getmək istəyir, amma... - rayon camaatı ETİRAZ EDİR
AFN bu barədə sosial şəbəkələrdə gedən müzakirələrə istinadən xəbər verir. Daha doğrusu, Ağdaşdan olan sosial şəbəkə istifadəçiləri Ç.Qənizadənin belə bir istəyi olduğunu bildiriblər və qeyd ediblər ki, rayon əhalisi buna razı deyil:
"Çingiz Qənizadə parlament seçkilərində bir dəfə Ağdaşdan namizəd olub, amma camaat onu seçməyib. Sonra özü də başa düşdü ki, bu rayonda insanların ona etimadı yoxdur, ona görə də getdi başqa dairədən namizəd oldu. İndi də çalışır ki, rayona icra başçısı gəlsin. Düzdür, rayon camaatı hazırkı başçı Tofiq İbrahimovdan da narazıdır, amma Çingiz Qənizadəni də istəmirlər. Onun rayonda reputasiyası çox pisdir. Yaxınlarda qardaşının və qohumlarının borc qalmaqalı da lap pis təəssürat yaratdı insanlarda. Əgər o, rayona başçı gəlsə böyük narazılıqla qarşılanacaq".
Qeyd edək ki, Ç.Qənizadə 2005-ci ildə 90 saylı Ağdaş seçki dairəsindən parlamentə namizədliyini versə də, səs toplaya bilməyib.
2010-cu ildə isə o, yenə səs almayacağını bildiyi üçün tamamilə yad bir ərazidən - 80 saylı İmişli-Beyləqan seçki dairəsindən seçkilərə qatılıb. Dar çevrədə özünün də etiraf etdiyi kimi, Prezidentin sabiq köməkçisi Əli Həsənovun "məsləhəti" ilə iki dəfə (2010 və 2015-ci illərdə) həmin dairədən deputat "seçilib".
Xatırladaq ki, son dövrlər deputatların icra başçısı təyin edilməsi gündəmdədir. Elşad Həsənov Yasamal, Rüstəm Xəlilov isə Yasamal rayonlarına icra başçısı təyin edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi