azia.az
azia.az

"Ərimlə münasibətimdə ehtiras hələ də davam edir" - Üzləşdiyi xəyanətdən danışdı

10-09-2021, 11:01

"Ərimlə münasibətimdə ehtiras hələ də davam edir" - Üzləşdiyi xəyanətdən danışdı
Müğənni Nataşa Koroleva həyat yoldaşı Sergey Qluşkonun xəyanətindən danışıb.

Azia.az axşam.az-a istinadən xəbər verir ki, Sergeyin eşq macəraları ilə bağlı söz-söhbətlərdə daim onun tərəfini tutan Nataşa ailə içi münasibətlərin daxildə həll edilməli olunduğuna inandığını bildirib:

"Həmişə özümü çox güclü, bütün həyat fırtınalarına davamlı bir insan hesab etmişəm. Ancaq məni sındırdılar. Ərimlə münasibətimdə ehtiras hələ də davam edir. Bəzən mübahisələr çox şiddətli olur, amma kənar adamların bu barədə bilməsinə ehtiyac yoxdur. Bir həyat yoldaşı olaraq onun üzünə vurmaq haqqım var. Bunlar bizim və yalnız bizim davamızdır".

Qeyd edək ki, Nataşa və Sergey 18 ildir birlikdədir. Sergey bir müddət əvvəl ona xəyanət etmiş, bu isə mediada yayılmışdı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi