azia.az
azia.az

“Ola bilər yenidən ailə qurum, həyat davam edir”

24-01-2017, 11:32

“Ola bilər yenidən ailə qurum, həyat davam edir”
Əməkdar artist Lalə Məmmədova Nail Naiboğlunun “Qonağım” layihəsinin qonağı olub

Axşam.az-ın məlumatına görə, müğənni sevgidən bəhs edib.

O, “Özünü Leyli kimi görə bilirsən” sualına belə cavab verib:

“Fikrimcə, Leyli güclü obraz deyil. Leyli qadın olaraq zəif məxluqdur. Valideynləri onu başqasına ərə verir, ixtiyarı olmur etiraz etsin. Haqq səsini qaldıra bilməyən, zəif biridir. Dərdin əlindən şam kimi əriyib gedir. Məcnun daha fədakardır.

Sevgi elə bir hissdir ki, gərək qarşındakı insanın da acılarını içinə çəkəsən. Gərək həmin insan bütövlükdə sənin beyninə də, həyatına da hakim olsun. Ağıllı insanlar sevə bilmirlər. İnsan sevəndə dəli olur, ağlını itirir".

L.Məmmədova şəxsi həyatını gizli saxlamasının səbəbini açıqlayıb:

"Şəxsi həyatımdan nə danışım? Mən də ailə qurdum, alınmadı, qismət. Günahkarın kim olduğu hamıya qaranlıq qalacaq. Mən və qarşı tərəf bilir ki, nələr baş verib. Nəticə olaraq ürəyimi ağrıdan məqam övladlarımdır. Mənə çətindir, amma şəxsi həyatımın sənətimə aidiyyatı olmamalıdır. Ola bilər yenidən ailə qurum, həyat davam edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi