“Kişilərə o qədər dəyər veririk ki, özlərini sahibimiz sanırlar”
"Kişilərə həyatımızda o qədər böyük rol, dəyər veririk ki, gün keçdikcə özlərini sahibimiz sanırlar".
Bu sözləri Pərvin Abıyeva sosial şəbəkə hesabında yazıb.
Aktrisa sevgilisi tərəfindən öldürülən 2002-ci il təvəllüdlü Pərvin Musayevanın görüntüsünü paylaşaraq, eyni zamanda ötən gün qızına zəhərli iynə vuraraq öldürən ata ilə bağlı bunları yazıb:
"Feminist deyiləm, amma bu qətilləri gördükcə, onlara haqq qazandırmağa başlayıram. Nə yazıq! Qadınları feminizmə siz kişilər sürükləyirsiniz.
Öz övladına zəhərli iynə vurub öldürmək nə deməkdir? Allah bizə dil, şüur, beyin verib ki, danışaq, bir-birimizi anlayaq. Tanrının bəxş etdiyi bu nemətlərdən istifadə etməyib, özündən əmələ gələni belə ucuz şəkildə öldürəcəksənsə, ən yüngül cəzan edam olmalıdır. Bəsdirin, cavan-cavan qızların həyatını söndürdünüz. Səhvi olsa, belə onu yanlışdan döndərmək üçün bir çox üsul var. Ölüm çıxış yolu deyil".