Dilarə Kazımova yenə soyundu – Bu dəfə hərəm obrazında – VİDEO
Estrada müğənnisi Dilarə Kazımova repertuarındakı “Harem” mahnısını ekranlaşdırıb. BAKU.WS xəbər verir ki, musiqisi ifaçının özünə və İslam Şirvaniyə, sözləri ProMeteyə məxsus mahnını rejissoru Nail Naiboğlu ekranlaşdırıb.İfaçı sözügedən mahnının onu ruhlandırdığı üçün klip çəkdirməyə qərar verdiyini deyir:
“Mahnını bir neçə vaxtdır ixtiyarınıza buraxsaq da, klipi yeni çəkdik. Mahnı məni ruhlandırdı. Burada bir şərq ab-havası var. Klipdə mən hərəmxanada, öz köməkçilərimləyəm. “Harem”də həmçinin tarix yatır. Çalışdıq klipdə bunu göstərək. Çəkiliş əsl qədim, şərq hamamında baş tutdu”. Obrazım üzərində özüm çalışmışam. İçarişəhər Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsinə və şəxsən idarənin aparat rəhbərinə Riad Qasımova təşəkkürümü bildirirəm”.