azia.az
azia.az

“Sosial şəbəkədə oturanların 90 faizi avaradır”-Bax, budur göstərici...Artıq təhqiramiz ifadələr, söyüşlər...

7-03-2019, 10:36

“Sosial şəbəkədə oturanların 90 faizi avaradır”-Bax, budur göstərici...Artıq təhqiramiz ifadələr, söyüşlər...


“Sosial şəbəkədə oturanların 90 faizi avaradır”-Bax, budur göstərici...Artıq təhqiramiz ifadələr, söyüşlər...

“Azia.Az”a xəbər verir ki,“Sosial şəbəkədən istifadə edənlərin 90 faizi avaradır və mənim onları avara adlandırmağa haqqım çatır. Bu fikri dəfələrlə telekanallardan səsləndirmişəm.”

Bunu açıqlamasında deputat Araz Əlizadə deyib.

Onun sözlərinə görə, sosial şəbəkədən faydalı işlər üçün istifadə etmək əvəzinə orada əyləşənlərın 90 faizi səhər-axşam təhqir edib, müxtəlif insanlar barəsində şayiələr yaymaqla məşğuldurlar.

“Mən bunu faktiki olaraq barəmdə deyilənlərlə sübut edə bilərəm. Kanal-13 internet telekanalı mövcuddur. Telekanal 10 deputat haqqında veriliş hazırlayaraq, onları Azərbaycan dövlətini talan etməkdə ittiham edib. Mənim adım bu “talançılar” sırasında 3-cüdür. Əvvəla onu deyim ki, deputat necə dövləti talan edə bilər?!

İkincisi, bu bədbəxt uşağı talan sözünün mənasını bilmir.

Üçüncüsü, onların mənə qarşı sürdüyü ittihamlar gülünc və əsassızdır. Siz təsəvvür edin mənə qarşı sürülən hansı ittiham talançılığa uyğun gəlir. Bunların düşüncəsinə görə, Araz Əlizadə Azərbaycanın müstəqilliyinə səs vermədiyinə, Əhməd Cavadın Azərbaycan himninin müəllifi olmadığına və bloger Mehman Hüseynov barəsində səsləndirdiyi ifadəyə görə talançıdır. Bax, budur onların səviyyəsi, düşüncəsi…”,- deyə A.Əlizadə qeyd edib.
O, əlavə edib ki, “Kanal-13” ABŞ-dan maliyyələşdirilir:
“Oğlum onun kimə və haradan maliyyələşməsi ilə bağlı araşdırma apardı. Bəlli oldu ki, bu telekanal ABŞ-dan maliyyələşir. Kimlər onu idarə edir, onlar harada təhsil alıb, pulu necə əldə edirlər. Bunlar hamısını müəyyən etmişik. Bax, bütün bunlara görə, mənim sosial şəbəkədən istifadə edənlərin 90 faizinin avara olduğunu deməyə əsasım var”.

A.Əlizadə onu da əlavə edib ki, daha bir faktı qeyd edim:

“Siz təsəvvür edin, Mehman Hüseynov barəsində işlətdiyim ifadəyə görə dünyanın ən müxtəlif ölkələırindən mənim ünvanıma yüzdən artıq təhqiramiz ifadələr, söyüşlər gəldi. “Mən onların hamısını analiz etdim, gördüm ki, oradakı cümlələr də, söyüşlər və hətta səhvlər də eynidir. Bax, budur göstərici... Sosial şəbəkə ilə bağlı gəldiyim qənaət…”.

A.Əlizadə deyib ki, nə jurnalist bir neçə ay bundan öncə mənə sual verənədək, nə də indi Mehman adlı jurnalist tanımıram:

“Sadəcə onun ətrafında bir “qəhrəman” obrazı yaratmağa cəhd olundu və nəticəsi də göz qabağındadır. Sabun köpüyü kimi yox olub getdi. Necə ki, zamanında ukraynalılar Nadejda Savçenko ətrafında bir qəhrəman obrazı yaratdılar, sonu nə oldu?... Rusiyadan həbsdən azad edilən Nadejdanı ukraynalılar özləri məcbur olub həbsxanaya saldılar”.

Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi