azia.az
azia.az

Pensiyaçı işləməyə davam edərsə, təqaüdü necə artırılır? – Rəsmi AÇIQLAMA

Bu gün, 21:37

Azərbaycanda həm kişilər, həm də qadınlar 65 yaşda əmək təqaüdünə çıxırlar. Bununla yanaşı, pensiya yaşına çatdıqdan sonra da işləyən şəxslər var. Həmin şəxslərin ödədiyi sosial sığorta haqları onların gələcək pensiyasına təsir edir. İşləyən pensiyaçının adına ödənilən sosial sığorta haqları fərdi hesabında əlavə pensiya kapitalı yaradır.

Bəs təqaüd yaşında işləyənlərin təqaüdünə bu müddət necə təsir edir?

Bildirilir ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, vətəndaş yaşa görə pensiya təyin olunduqdan sonra da işləməyə davam edərsə, hər 6 ildən bir onun hesabında toplanmış sosial sığorta haqql 72-yə, (6 il × 12 ay) bölünərək onun pensiyasının üzərinə əlavə olunur.

Bəs yaşa görə əmək pensiya təyin edilmiş şəxs pensiya təyinatından sonra işləməyə 2 il, 3 il, yəni 6 ilədək müddətə davam edib daha sonra öz xahişi ilə işdən azad edildikdə, 2 və ya 3 ilin pensiya kapitalı nece hesablanır?

Mövzu ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan bizimmedia-nın sorğusuna cavab olaraq qeyd edilib ki, qanunvericiliyə əsasən vətəndaşa əmək pensiyası təyin edilən gündən sonra o, 6 il işlədikdə və ya 6 ildən az işləyərək işdən çıxdıqda onun əmək pensiyası işlədiyi müddətdə fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına uyğun olaraq yenidən hesablanır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi