azia.az
azia.az

Sahil Babayevin PENSİYA YEYİNTİSİ - BU NƏDİ BELƏ?!

28-05-2024, 22:28

"Azərbaycan Respublikası dövlətinin qanunverici hakimiyyəti 13 may 2022-ci il tarixli, 530-
VIQD nömrəli Qanunla “Əmək pensiyaları haqqında” qanuna yeni məzmunda 37.3.2-1
maddəsi əlavə edib : “Bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına
əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1 və
37.3.2 maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını
itirmiş üzvünün MÜRACİƏTİ əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir”".
Bu barədə Dia-az.İnfo-ya göndərilən məqalədə deyilir. Məqalədə daha sonra bildirilir:
"Qanuna əlavənin qəbulundan 2 il keçib, amma Qanunun 20-ci ( “Qulluq stajına görə əmək
pensiyasına əlavələr” ) maddəsinə əsasən, pensiya alan şəxslərin təminatını həyata keçirən
DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (XŞTMF) əlavənin Qarabağ əlillərinə,
şəhid ailələrinə tətbiqinə anlaşılmaz bəhanə ilə qadağa qoyub. İşləyən pensiyaçının işlədiyinə
görə pensiyasının 37.3.2-1 maddəsinə əsasən yenidən hesablanması ilə Filala müraciətinə
“işi davam etdirdiyinə” görə imtina edilir. Absurdluğa baxın, qanunverici işləyən, işi davam
etdirən pensiyaçıların pensiyalarının bu işləməyə, davam etdirməyə görə yenidən
hesablanmasını aktlaşdırır, icra etməli orqan imtina edir ki, işləməkdə davam edir !(??) 2
ildir nə ali dövlət hakimiyyəti, hüquq orqanları, nə Maliyyə Nazirliyi, nə Hesablama Palatası,
nə Ombudsman bu anlaşılmaz maliyyə-hüquq pozuntusuna, dövlət büdcəsi ilə məmur cibinin
dəyişik salınmasına görə tədbir görür. Hamı əlil, qazi, şəhid pensiyalarından rüşvətini alıb
susur. Hətta ƏƏSM naziri Sahil Babayevin işləyən pensiyaçıların pensiyalarının özlərinin
müraciəti olmadan, yəni proaktiv qaydada yenidən hesablanacağını mediya bildirməsi də
yardıma çatmır. DSMF-in pensiya təminatı departamenti dövlətin, nazirin yox, XŞTMF-nin
dediyini QANUN sayır.
Hazırda Milli Məclisdə dövlət büdcəsinin müzakirələri gedir. Fikrimizcə, qanunverici qəbul
etdiyi qanunun icrasını pensiya orqanından sorğulamağa borcludur. Birincisi, qəbul olunan
qanunun icrası , Konstitusiyanın 149-cu maddəsinə görə, hamıya məcburidir. İkincisi,
qanunların icrasına və tətbiqinə nəzarəti , Konstitusiyanın 133-cü maddəsinə görə,
prokurorluq həyata keçirir. Ən başlıcası, MM-in özünün Hesablama Palatası büdcənin düzgün
təyinatını yoxlayan qurumdur. Bəs nəyə görə prokurorluq, maliyyə , büdcə nəzarəti qurumları
2 ildir DSMF məmurlarına “işləməyən pensiyaçı” ilə “işləməyən pensiyaçı kateqoriyası”
anlayışlarının ayrıntısını-fərqini anlada bilmirlər?
Bir daha nəzarətedici qurumların etmək istəmədiyini DSMF-in pensiya təminatına cavabdeh
məmurlarının diqqətinə çatdırırıq. Ümumiyyətlə, “kateqoriya”nın fəlsəfədə, riyaziyyatda,
linqvistikada , pedaqogikada öz anlamları var. Qısa desək, kateqoriya qrup, dərəcə, çoxluq,
cəm ... anlamına gəlir. Məsələn, “ahıllar”, “əlillər”, “işçilər”, “işsizlər”, “sənətçilər”, “əmək
pensiyaçıları” kateqoriyaları. Bu “əmək pensiyaçıları” kateqoriyasının özü də bir neçə
kateqoriyaya ( əlilliyə, yaşa, ailə başçısını itirməyə görə) bölünür. Bir də var, əlilliyə və yaşa
görə işləməyən əmək pensiyaçıları kateqoriyası. Hazırda qadınların 63,5, kişilərin 65 yaşı
olduqda işləməyən əmək pensiyası kateqoriyasına aid edilirlər. Bu kateqoriyaya keçəndən
sonra işlərini davam etdirənlərin pensiyası “Əmək pensiyaları haqqında” qanunun 37.3.1
maddəsinə uyğun olaraq 6 ildən bir AVTOMATLAŞDIRILMIŞ qaydada yenidən
hesablanır. 37.3.2 maddəsinə görə, əlilliyə görə pensiya təyin edilmiş şəxs İŞLƏMƏKDƏ
DAVAM EDƏRSƏ, onun pensiya təyin olunduqdan, yaxud əmək pensiyası BU
MADDƏYƏ əsasən yenidən hesablandıqdan işləməyən əmək pensiyaçısı
KATEQORİYASINA keçdiyi tarixədək olan dövr üzrə toplanan PENSİYA KAPİTALINA
və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan SIĞORTA STAJINA
əsasən ...AVTOMATLAŞDIRILMIŞ qaydada ( qulluq stajına görə pensiya alanlarınkı
MÜRACİƏTLƏRİ əsasında) yenidən hesablanır. Bəs niyə DSMF-in pensiya təminatına
cavabdeh qurumları “işləməyən əmək pensiyaçısı” kateqoriyasını qəsd-qərəzlə işləməyi
dayandırmaq kimi qəbul edib, qazi, şəhid ailələrinin pensiyalarını MÜRACİƏTLƏRİ əsasında
yenidən hesablamaqdan imtina edirlər? Necə olur, işləyən adi şərtlərlə pensiyaçıların
işləməyən pensiyaçı kateqoriyasına , yəni 63,5 və 65 yaşına keçəndən sonra pensiyaları 6
ildən bir AVTOMATLAŞDIRILMIŞ qaydada yenidən hesablanır, amma qulluq stajına görə,
yəni xüsusi şərtlərlə pensiyaçıların işi davam etdirmələri MÜRACİƏTLƏRİ əsasında
yenidən hesablanmaya əsas vermir? Necə olur adi şərtlərlə pensiyaya çıxıb, işi davam
etdirənlərdən işi dayandırmaq tələb olunmur, pensiyaları yenidən avtomatik hesablanır,
amma xüsusi şərtlərlə pensiyaçılardan tələb olunur? Bu ayrı-seçkilik qərəzdən,
mənimsəmədən özgə nədən qaynaqlana bilər? Absurdluğa baxın, pensiyaçı ölənə kimi
işləyirsə, belə çıxır, öləndən sonra pensiyası yenidən hesablanmalıdır? Hələ ki bu absurdluq
sürür. Haçan dayanacağı da bilinmir".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi