azia.az
azia.az

Azərbaycanda bu rüsum, vergi və cərimələr artırıldı - SİYAHI

1-01-2022, 10:28

Bu gündən Azərbaycanda sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsinə görə yeni rüsumlar tətbiq olunacaq.
Azərbaycanda bu rüsum, vergi və cərimələr artırıldı - SİYAHI
Xəbər verilir ki, bu, "Dövlət rüsumu haqqında" Qanuna dəyişikliklərdə əksini tapıb.

Belə ki, yanvarın 1-dən avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsi üçün rüsumlar 20 manatdan 40 manata qaldırılıb.

- Avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə rüsum 10 manat artırılaraq 20 manat məbləğində müəyyənləşib.

- Digər sürücülük vəsiqəsi, o cümlədən traktorçu maşinist vəsiqəsi üçün rüsum artırılaraq 10 manat məbləğində müəyyənləşib. Əvvəl bu rəqəm 5 manat idi.

***

Bu gündən Azərbaycanda xarici pasportların alınması və itirilməsinə görə yeni rüsumlar tətbiq olunacaq.

Bu, "Dövlət rüsumu haqqında" Qanuna dəyişikliklərdə əksini tapıb.

Belə ki, ümumvətəndaş pasportları on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:

- bir yaşınadək uşaqlar üçün 10 manatdan 15 manata;

- bir yaşından üç yaşınadək uşaqlar üçün – 20 manatdan 25 manat;

- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 30 manatdan 35 manata

- on səkkiz yaşına çatmış vətəndaşlara – 40 manatdan 60 manata.

Beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə

- bir yaşınadək uşaqlar üçün –20 manatdan 25 manata

- bir yaşından üç yaşınadək uşaqlar üçün – 40 manatdan 55 manata

- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 60 manatdan 75 manata

- on səkkiz yaşına çatmış vətəndaşlara – 80 manatdan 120 manata

Bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:

- bir yaşınadək uşaqlar üçün – 40 manatdan 55 manata;

- bir yaşından üç yaşınadək uşaqlar üçün – 80 manatdan 115 manata;

- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 120 manatdan 155 manata

- on səkkiz yaşına çatmış vətəndaşlara – 160 manatdan 210 manata qaldırılıb.

Bundan əlavə, dəyişikliyə əsasən, Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə tətbiq edilən rüsumlar da artırılıb.

Belə ki, ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən on iş günü müddətində verildikdə:

- bir yaşınadək uşaqlar üçün– 20 manatdan 25 manata;

- bir yaşından üç yaşınadək uşaqlar üçün – 30 manatdan 40 manata;

- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 40 manatdan 55 manata

- on səkkiz yaşına çatmış vətəndaşlara – 50 manatdan 75 manata

Beş iş günü müddətində verildikdə:

- bir yaşınadək uşaqlar üçün– 30 manatdan 40 manata

- bir yaşından üç yaşınadək uşaqlar üçün – 50 manatdan 70 manata

- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 70 manatdan 100 manata

- on səkkiz yaşına çatmış vətəndaşlara – 90 manatdan 135 manata

Bir iş günü müddətində verildikdə:

- bir yaşınadək uşaqlar üçün– 50 manatdan 65 manata;

- bir yaşından üç yaşınadək uşaqlar üçün – 90 manatdan 125 manata;

- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 130 manatdan 165 manata;

- on səkkiz yaşına çatmış vətəndaşlara – 170 manatdan 220 manata qaldırılıb.



***



Bu gündən Azərbaycanda nikahın qeydə alınması və pozulmasına görə yeni rüsumlar qüvvəyə minib.

Bu, "Dövlət rüsumu haqqında" Qanuna dəyişikliklərdə əksini tapıb.

Belə ki, nikahın qeydə alınması üçün dövlət rüsumu 5 manatdan 10 manata qaldırılıb.

Bundan başqa, yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı, həmçinin məhkəmə qətnaməsi əsasında (qətnamədə dövlət rüsumunun tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə, qeydiyyat üçün birinci müraciət etmiş tərəfdən) nikahın pozulmasının qeydə alınması üçün dövlət rüsumunun məbləği 15 manatdan 20 manata dəyişdirilib.

***

Bu gündən Azərbaycanda avtomobillərin dövlət qeydiyyat nişanlarında əks olunan rəqəmlərlə bağlı dövlət rüsumları qüvvəyə minir.

Bu, "Dövlət rüsumu haqqında" Qanuna yanvarın 1-dən qüvvəyə minən dəyişikliklərdə əksini tapıb.

Belə ki, bu gündən 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 2 000, seriyası eyni hərflərdən ibarət olduqda 3 000 manat; 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1 500, seriyası eyni hərflərdən ibarət olduqda 2 000; 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1 000, seriyası eyni hərflərdən ibarət olduqda 1 500 manat dövlət rüsumu tutulacaq.

***

Bu gündən iri mühərrikli nəqliyyat vasitələrinə görə aksiz vergisinin məbləği artırılıb.

Bu, Vergi Məcəlləsinə dəyişikliklərdə əksini tapıb.

Belə ki, mühərrikin həcmi 4 000 kubsantimetrədək olduqda 5 600 manat + mühərrikin həcminin 3 001-4 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 15 manat (əvvəl 13 manat idi) ödəniləcək. Burada 4 000 kubsantimetrədək olduqda 5 600 manat məbləği dəyişməz olaraq qalır.

Mühərrikin həcmi 5 000 kubsantimetrədək olduqda 20 600 manat + mühərrikin həcminin 4 001-5 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 40 manat (hazırda 18 600 manat + hər kubsantimetrə görə 35 manatdır) ödəniləcək.

Mühərrikin həcmi 5 000 kubsantimetrdən çox olduqda 60 600 manat + mühərrikin həcminin 5 000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə - 80 manat ( hazırda bu məbləğ 53 600 manat + hər kubsantimetrə görə 70 manatdır) ödəniləcək.

Bununla yanaşı, 7 ildən artıq istehsal tarixi olan və idxal edilən nəqliyyat vasitələrinin aksiz vergisinə əlavə əmsal tətbiq olunacaq.

Dəyişikliklərə əsasən, mühərrikin həcmi 4 000 kubsantimetrədək olduqda 5 600 manat + mühərrikin həcminin 3 001-4 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 15 manat (əvvəl 13 manat idi) ödəniləcək. Burada 4 000 kubsantimetrədək olduqda 5 600 manat məbləği dəyişməz olaraq qalır.

Mühərrikin həcmi 5 000 kubsantimetrədək olduqda 20 600 manat + mühərrikin həcminin 4 001-5 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 40 manat (hazırda 18 600 manat + hər kubsantimetrə görə 35 manatdır) ödəniləcək.

Mühərrikin həcmi 5 000 kubsantimetrdən çox olduqda 60 600 manat + mühərrikin həcminin 5 000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə - 80 manat ( hazırda bu məbləğ 53 600 manat + hər kubsantimetrə görə 70 manatdır) ödəniləcək.

Bununla yanaşı, 7 ildən artıq istehsal tarixi olan və idxal edilən nəqliyyat vasitələrinin aksiz vergisinə əlavə əmsal tətbiq olunacaq.

***

Bu gündən elektron siqaret və qəlyan aksiz vergisinə cəlb olunacaq.

Bu, Vergi Məcəlləsinə dəyişikliklərdə əksini tapıb.

Belə ki, tütün əvəzləyiciləri, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri aksizli malların siyahısına daxil edilib.

Bununla da tütün əvəzləyicilərinin hər kiloqramına 30,0 manat, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədinə isə 0,25 manat aksiz dərəcəsi tətbiq olunacaq.

Siqaret məhsullarına görə aksiz vergi dərəcəsi 1 000 ədədinə görə 38.5 manat olması müəyyən olunub. Daha əvvəl siqaret məhsullarına görə aksiz vergi dərəcəsi 1 000 ədədinə görə 35 manat idi.

***

Bu gündən Azərbaycanda qumar oynayanlar 5 min manat cərimə ediləcək.

Bu, yanvarın 1-dən qüvvəyə minən İnzibati Xətalar Məcəlləsində dəyişikliklərdə əksini tapıb.

Belə ki, qumar oynamağa görə oyun ləvazimatı, həmçinin qumar oyunu nəticəsində mərc qismində verilmiş (ödənilmiş) pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə 5 min manat məbləğində cərimə tətbiq olunacaq.

***

Bu gündən Azərbaycanda stimullaşdırıcı lotereyaları reklam edənlər 50 min manat cərimə ediləcək.

Bu, İnzibati Xətalar Məcəlləsinə yanvarın 1-dən qüvvəyə minən dəyişikliklərdə əksini tapıb.

Belə ki, keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 50 min manat məbləğdə cərimələnəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi