azia.az
azia.az

Azərbaycanda avtomobil nömrələri kəskin bahalaşır - YENİ QİYMƏTLƏR

24-11-2021, 18:35

Azərbaycanda avtomobil nömrələri kəskin bahalaşır - YENİ QİYMƏTLƏR
Azərbaycanda avtonəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı üzrə dövlət rüsumlarının məbləği dəyişdirilir.

Azia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin plenar iclasında müzakirə edilən "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikdə əksini tapıb.

Təklifə əsasən, rüsumlar dövlət nömrə nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə müəyyən edilib.

Belə ki, 001, 002, 003, 004, 005, 006, 007,008, 009 üçün

- müxtəlif seriya - 1500 manatdan 2000 manata;

- eyni seriya - 2500 manatdan 3000 manata;

100, 200, 300, 400, 500, 600, 700, 800, 900 üçün

- müxtəlif seriya - 1000 manatdan 1500 manata;

- eyni seriya: 1500 manatdan 2000 manata;

111, 222, 333, 444, 555, 666, 777, 888, 999 üçün

- müxtəlif seriya: 500 manatdan 1000 manata;

- eyni seriya: 1000 manatdan 1500 manata qaldırılır.

Yuxarıda göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası istisna olmaqla, avtonəqliyyat vasitələri üçün digər dövlət qeydiyyat nişanlarının verilməsinə, habelə yuxarıda göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası da daxil olmaqla, dövlət qeydiyyat nişanının təkrar verilməsinə görə 30 manat rüsum müəyyənləşəcək.

Hazırda isə bu rəqəm 22 manatdır. Dəyişikliklər səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi