azia.az
azia.az

Orta əməkhaqqı 230 manat ARTACAQ

9-09-2021, 12:59

Orta əməkhaqqı 230 manat ARTACAQ
Azərbaycan hökumətinin ortamüddətli makroiqtisadi proqnozlarıa əsasən, 2021-ci ildə orta əməkhaqqı 743 manat, 2025-ci ildə 935 manat olacaq. Proqnoza görə, bu il orta əməkhaqqı 36 manat, 2025-ci ilin sonuna kimi 228 manat artacaq.

Aziaa.az bildirir ki, 2020-ci ilin iyulun 1-də orta maaş 724 manat olub. Ehtimal edilir ki, ilin sonuna qədər maaşlar daha 19 manat artacaq. Gələn il orta maaş 795 manata, 2023-cü ildə 838 manata, 2024-cü ildə 884 manata çatacaq.

Orta əməkhaqqının artması əmək münasibətlərinin şəffaflaşdırılması və müxtəlif sahələrdə maaşların artırılması hesabına təmin ediləcək.

Əməkhaqqı artımları isə öz növbəsində əhalinin gəlirlərinin artmasına töhfə verəcək. Proqnozlaşdırılır ki, əhalinin gəlirləri 2021-ci ilin yekununda 59 milyard manata, 2023-cü ilin sonunda 68,2 milyard manata, 2025-ci ilin yekununda 77,3 milyard manata çatacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi