Bu şəxslərə ŞAD XƏBƏR - 200 MANAT ƏLAVƏ PUL ALACAQLAR
"Hazırkı qaydalara görə, kənd və qəsəbə tibb məntəqələrdə çalışan həkimlərə 200 manat məbləğində sabit həvəsləndirici əlavələr nəzərdə tutulub”.
Oxu24.com xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnvestisiya şöbəsinin müdiri Yadigar Mahmudzadə "İcbari tibbi sığorta sistemində tibb işçilərinin əməkhaqlarının hesablanması qaydası” mövzusunda sualları cavablandırarkən deyib.
O bildirib ki, orta, kiçik tibb heyəti üçün hazırda tədbirlər görülür:
"Yəqin ki, yaxın vaxtlarda onlar üçün də həvəsləndirici əlavələr veriləcək”.
Y.Mahmudzadənin sözlərinə görə, bu əlavələr vəzifə maaşları və staja görə əlavələr istisna olmaqla, nəzərdə tutulub.